Tramp: Hakimiyyətdə olsaydım, HƏMAS İsrailə hücum edə bilməzdi...

Amerikanın keçmiş lideri Donald Tramp bildirib ki, o, prezident olsaydı, Fələstinin HƏMAS hərəkatı İsrailə hücum etməzdi...

Poliqon xəbər verir ki, sabiq prezident bu fikri “Just The News” nəşrinə müsahibəsində bildirib.

Tramp HƏMAS-ın yəhudi dövlətinə hücumunu ABŞ-ın hazırkı prezidenti Co Baydenin üzərinə atıb və qeyd edib ki, o, buna heç vaxt imkan verməzdi.

Trampın sözlərinə görə, Bayden iki cəbhədə oynamağa uğursuz cəhd edir.

“Bundan sonra hər iki münaqişənin həlli daha çətin olacaq”, deyə Tramp yekunlaşdırıb.

Poliqon.info