Bakıda 28 yaşlı gənc yol qəzası zamanı xəsarət alıb

Bakının Xətai rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb...

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Rüstəmov Toğrul Telman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info