Türkiyədə zəlzələ baş verib

Türkiyədə 4,5 bal gücündə zəlzələ qeydə alınıb...

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mərkəzi İlqaz şəhərində yerləşib. Zəlzələnin ocağı 7 km dərinlikdə olub.İtki və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün Adıyaman şəhərindən 62 km şimal-qərbdə də zəlzələ olub. Yeraltı təkanların episentri 223 minə yaxın insanın yaşadığı Adıyamandan 5 km dərinlikdə olub.

Poliqon.info