2024-cü ilin qışında hansı geyimlər dəbdə olacaq? - Dizayner açıqlayır

Hər ilin özünəməxsus rəngləri, geyim üslubları, biçimləri, parçaları olur...

Düzdür, çoxları özünə yaraşanı, cibinə uyğun gələni geyinsələr də, bir qisim insan moda trendlərini izləyir və öz qarderobunu hər ilin dəbinə uyğun olaraq hazırlayır.Düzdür, çoxları özünə yaraşanı, cibinə uyğun gələni geyinsələr də, bir qisim insan moda trendlərini izləyir və öz qarderobunu hər ilin dəbinə uyğun olaraq hazırlayır

2024-cü ildə nələrin dəbdə olacağını maraqla gözləyənlər üçün Oxu.Az-ın əməkdaşı modelyer-dizayner Şəlalə Maqsudovanın fikirlərini öyrənib.

Modelyer ilk olaraq gələn ilin rənglərini açıqlayıb:

“2024-cü ildə moda dünyasında rənglərdə, biçimlərdə, parçalarda dəyişikliklər özünü göstərəcək. Öncə rəngləri vurğulamaq istərdim. 2024-cü ilin qışında tünd-yaşıl, xaki, tünd-qırmızı, boz rəngin çalarları aktual olacaq”.

Dizayner ikili parçaların sintezindən hazırlanan geyimlərin daha çox dəbdə olacağını vurğulayıb:

“Dəri və yun, dəri və xəz elementlərin qarışığından olan geyimlər daha aktual olacaq. Həmçinin, saya dəri, yun, toxunma parçalara üstünlük veriləcək. Qalın cins parçalardan olan geyimlər də trenddə olacaq”.

Dizayner biçimlərdə də fərqlərin olacağını dilə gətirib:

“Ən çox da biçimlərdə fərqlər var. Keçən il böyükölçülü geyimlər dəbdə idi. 2023-ün qışında belsiz, boş paltolar dəbdə idisə, yeni ildə bel tikişi olan, midi, trapes paltolar gündəmdə olacaq”.

Ş.Maqsudova sonda gələn il bədənə oturan (dar) geyimlərin də gen-bol paltarları sıxışdırıb çıxaracağını əlavə edib.

Poliqon.info