Kolumbiyada Şakiraya heykəl qoyuldu - Foto, Video

Kolumbiyalı müğənni Şakiranın şərəfinə onun doğulduğu Barrankilya şəhərində heykəl qoyulub...

Bu barədə şəhərin meri Xayme Pumarexo özünün sosial şəbəkə hesabından məlumat verib.

Siyasətçi Şakiraya yaradıcılığına görə təşəkkür edib.

Vətənində abidə ucaldılan müğənninin özü də böyük sənətkarlıq nümunəsi üçün Kolumbiya xalqına təşəkkür edib.

Poliqon.info