Fransız siyasətçi: Qərb Serbiyada narıncı inqilab hazırlayır

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot bildirib ki, Qərb Serbiyada "narıncı inqilab" təşkil etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Filipponun sözlərinə görə, NATO özünün "proksi" Avropa İttifaqının köməyi ilə hazırda Serbiyada "narıncı inqilab" təşkil etməyə çalışır. Fransız siyasətçi hesab edir ki, atlantikaçılar prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsinə dözə bilməyib, onu devirmək qərarına gəliblər. Bunun üçün onlar ilk növbədə universitetlərdə və Belqrad meriyasında nümayişlər təşkil etdilər. Filipponun fikrincə, bu prosesdən "Avromaydan" iyi gəlir".

Siyasətçi onu da qeyd edib ki, NATO bir neçə aydır Belqradı hədələyir və Serbiyada öz vassallarını hakimiyyətə gətirməyə çalışır.

Qeyd edək ki, dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqradın nümayəndə və icra hakimiyyətinin binası qarşısında iğtişaşlar törədib və pilləkənləri zəbt ediblər. Dekabrın 24-ü axşam saatlarında polis bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı onlardan təmizləyib və kordon yaradıb.

Vuçiç xalqa təcili müraciəti zamanı bildirib ki, müxalifət tərəfdarlarının Belqrad Assambleyasının (şəhər məclisi) binasına basqın etmək cəhdi xarici amillə bağlı olub və ölkənin suverenliyinə zərbə vurmaq məqsədi daşıyır. Daha sonra serb müxalifəti yenidən Belqrad küçələrinə çıxıb. Bu dəfə “Mübarizə” tələbə təşkilatından 500 nəfər şəhərin mərkəzindəki Knez Miloş küçəsinə gələrək yollarda avtomobillərin və ictimai nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

Politoloq Yevgeni Mixaylov bildirib ki, Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ və Avropa İttifaqı ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır: "Serbiya cəsarətlə öz milli maraqlarını müdafiə etməyə çalışır, lakin kollektiv Qərbin təzyiqi daha da artacaq, məqsəd respublikada vəziyyəti tamamilə pozmaqdır. Düşünürəm ki, Serbiyada vəziyyət daha çox Belarus ssenarisi üzrə olacaq. Çox güman ki, Lukaşenkonun öhdəsindən gəldiyi kimi Vuçiç də bunun öhdəsindən gələcək. Bu cür halların qarşısını almaq və müttəfiqlərimizə bu vəziyyətlə necə davranmaq barədə xəbərdarlıq etməkdə böyük təcrübəmiz var".

Poliqon.info