FAT HƏMAS-la fikir ayrılıqlarına baxmayaraq, seçki keçirmək istəyir

Fələstin radikal HƏMAS qruplaşması ilə fikir ayrılıqlarına baxmayaraq, birləşmək, qanunvericilik və prezident seçkiləri keçirmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə Fələstinin Rusiyadalı səfiri Əbdülhafiz Nofəl "RİA Novosti"yə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, HƏMAS-la siyasi fikir ayrılıqlarına baxmayaraq, bu hərəkat Fələstin xalqının bir hissəsidir.

Onun sözlərinə görə, Fələstin hakimiyyətinin bütün səyləri fələstinlilərin qanuni və yeganə nümayəndəsi olan Fələstin Azadlıq Təşkilatının (FAT) siyasi proqramı əsasında ölkənin fraksiyalarını birləşdirmək və hərtərəfli seçkilərin başlanmasına hazırlıq məqsədilə seçkilər keçirməkdir. Bu, Fələstin xalqının qanuni milli hüquqlarının həyata keçirilməsinə gətirib çıxarmalı olan siyasi proses olmalıdır.

Qeyd edək ki, bu həftə "Əl-Hədas" telekanalı Fələstinin partiya dairələrindəki anonim mənbəyə istinadən xəbər verib ki, fələstinli qruplar Misirin Qəzza zolağında döyüşləri dayandırmaq təklifini ciddi şəkildə nəzərdən keçirir. Misir İsraillə Fələstinin HƏMAS qruplaşması arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif edib. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.

Poliqon.info