Rusiya müdafiə sənayesi istehsalı əhəmiyyətli dərəcədə artırıb

Sergey Şoyqu bildirib ki, müdafiə sənayesi istehsalı əhəmiyyətli dərəcədə artırıb və gecə-gündüz işləyir...

Rusiya Hərbi-Sənaye Kompleksi (HSK) Rusiya qoşunlarını təchiz etmək üçün istehsal həcmini iki dəfə artırıb.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilin yekun konfransında deyib.

“Xüsusi hərbi əməliyyat zonasına cəlb olunan qoşunların fasiləsiz təchizatı üçün hərbi-sənaye kompleksinin müəssisələri ən populyar silah və məhvetmə vasitələrinin istehsalını əhəmiyyətli dərəcədə artırıblar”, deyə Şoyqu bildirib.

Nazirin sözlərinə görə, bir çox müdafiə sənayesi müəssisələri gecə-gündüz iş sisteminə keçib. O, əlavə etdi ki, bu sənayedə çalışan işçilər “Qərbin qürurlandığı hərbi-texniki imkanlarına” meydan oxuyurlar.

Qeyd edək ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Rusiyanın silah istehsalında Qərb ölkələrini qabaqladığını bildirib.

Poliqon.info