MKİ Çində kəşfiyyat şəbəkəsini bərpa etməyə çalışır

Çin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ölkə daxilindəki ən böyük kəşfiyyat şəbəkəsindən xəbər tutduğundan, Amerika kəşfiyyat agentliyi Çinin daxili müzakirələrini çox az başa düşür və hələ də yeni agentlər cəlb etməyə çalışır...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, The New York Times"2017-ci ildə yazıb ki, Çin 2010-2012-ci illərdə 20-yə yaxın MKİ agentini ifşa edib.

WSJ mənbələri isə bildirirlər ki, casuslarını itirdiyinə görə prezident Co Bayden administrasiyası hələ də Çin prezidenti Si Szinpinin və onun yaxın çevrəsinin əsas təhlükəsizlik məsələlərindən, o cümlədən Tayvanla bağlı niyyətlərindən xəbərsizdir.

Eyni zamanda, qəzet qeyd edir ki, MKİ Çinə yönəlmiş casus şəbəkəsini gücləndirmək üçün çox böyük səylər göstərmək niyyətindədir. Bu, Çin və Rusiya ilə mümkün "böyük güc" münaqişəsinə hazırlaşmaq üçün Amerikanın təhlükəsizlik siyasətində daha geniş dəyişiklik fonunda baş verir.

Hazırda ABŞ ilk növbədə casus peykləri və ələ keçirmə cihazları vasitəsilə Çinin hərbi yerləşdirmələrini izləyir. WSJ məqaləsində deyilir ki, Çin daxilində kəşfiyyat əməliyyatları "Orwellian" müşahidə sistemləri ilə mürəkkəbdir.

Poliqon.info