BMT təmsilçisi Qəzzada qətliamdan danışıb

BMT-nin nümayəndəsi Connell: Qəzzadakı “Əl-Əqsa” xəstəxanasında “mütləq qırğın” baş verib...

Qəzza zolağının mərkəzində yerləşən “Əl-Əqsa” xəstəxanasında “mütləq qırğın” baş verib.

Poliqon BBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən Cemma Konnel danışıb.

Beynəlxalq təşkilatın nümayəndəsinin sözlərinə görə, xəstəxana tamamilə yaralılarla dolduğundan bir çox ağır yaralıları müalicə etmək mümkün olmayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik ŞurasıQəzza zolağı ilə bağlı qətnamə qəbul edib. Sənəd İsrail və Fələstinin HƏMAS qrupundan anklav üçün humanitar yardım fəaliyyətini genişləndirməyi tələb edir. Qətnamənin lehinə 13 ölkənin səs verib. Rusiya və ABŞ-ın bitərəf qalıb.

Poliqon.info