İspaniya Ukrayna sərhədinə qoşun, "Leopard" tankları və helikopterlər göndərəcək

2024-cü ilin əvvəlində İspaniya Slovakiyaya bir qrup hərbi qulluqçu göndərəcək...

Poliqon xəbər verir ki, bu barədə "ABC Espana" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, artıq yanvar ayında İspaniya ordusu NATO-nun şərq cinahını qorumaq üçün Slovakiya sərhədində yerləşdirilməyə başlayacaq. Yeni missiyaya 600 ispan əsgəri, "Leopard" tankları və helikopterlər daxil olacaq.

"Silahlı qüvvələr 2024-cü ilə Slovakiyada yeni dislokasiya ilə fəaliyyətə başlayacaq. Şimali Atlantika Alyansının şərq cinahında mövcudluğunu gücləndirmək məqsədi daşıyan bu yeni missiyanı cəmi 600 hərbçi təşkil edəcək", deyə məlumatda bildirilir.

Qeyd edək ki, NATO Rusiya Federasiyasının mümkün hücumuna cavab vermək üçün regional planlar hazırlayır. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bəyan edib ki, Alyans üçün ən böyük təhlükə Rusiya və terrorçu qruplardır.

Hələ yayda Rusiya Federasiyasının Müdafiə Nazirliyi "NATO-dan gələn təhlükəsizlik təhdidlərinin artması" səbəbindən qərb sərhədlərində hərbi qüvvələrini artıracaqlarını açıqlamışdı.

Poliqon.info