İran prezidenti yanvarın 4-də Türkiyəyə səfər edəcək

İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr yazır ki, heç bir dəyişiklik olmasa, səfər təyin olunmuş tarixdə baş tutacaq. Qeyd edək ki, Rəisinin Türkiyəyə səfəri artıq bir dəfə təxirə salınmışdı.

Danışıqların əsas mövzularından biri terrorla mübarizə olacaq. Ankaranın terrorçu kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarının hücumları nəticəsində 12 əsgərin ölümü ilə bağlı son günlər Türkiyədə bu məsələ qızğın müzakirələrə səbəb olub.

Xatırladaq ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəisinin noyabrın 28-də səfərinin, eləcə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gözlənildiyini açıqlayıb. Lakin Rəisi həmin vaxt Ankaraya gəlməyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, səfər BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb.

Poliqon.info