Tokayev regional fiber-optik rabitə xəttinin çəkilməsini təklif edib

Qazaxıstan Rusiya – Qazaxıstan – İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafdan yanadır. Bu müstəvidə, Rusiya – Qazaxıstan – İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək.

Poliqon.info