Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.//

"Report" un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.

Piyada aldığı xəsarələrdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info