Qusarda qadın faciəli şəkildə ölüb

Qusarda qadın faciəli şəkildə ölüb...

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Caqarqışlaq kəndində baş verib.

Güclü külək nəticəsində evin divarı qadının üzərinə aşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 24-də, saat 16 radələrində Qusar rayonu, Caqarqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Valentina Ramazanovanın üzərinə daş hasarın aşması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info