Lukaşenko: Ermənistanın Aİİ-dən çıxması iqtisadi cəhətdən ölməsi deməkdir - Yenilənib

Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyünü qoruyub saxlayacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistan iqtisadi cəhətdən ölmək istyirsə, biz onu itirə bilərik. Amma mən düşünmürəm ki, ermənilər axmaq insanlardır. Onlar ağıllı insanlardır", deyə Belarus lideri vurğulayıb.

Fərid Əkbərov

***

“Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik”.

APA BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində jurnalistlərin suallarına cavab olaraq deyib.

“Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik, lakin mən düşünmürəm ki, ermənilər axmaqdırlar”, - Belarus lideri “Biz Ermənistanı itiririk?” sualına cavab olaraq qeyd edib.

Poliqon.info