Zaqatalada minik avtomobili yük maşınının altında qaldı - Video

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, hərəkətdə olan TIR VAZ-2107 markalı minik avtomobilinə çırpılıb. Nəticədə həmin maşın “Opel” markalı avtomobillə toqquşub.

Qəza zamanı maşınlara ciddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmayıb.

Poliqon.info