Putin Paşinyanla təkbətək görüşəcəkmi?

Peskov Putinlə Paşinyan arasında Sankt-Peterburqda planlaşdırılan ünsiyyət formatından danışıb...

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində və MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı birlikdə olacaqlar.

Poliqon xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vladimir Putin və Nikol Paşinyan arasında ayrı-ayrı danışıqların planlaşdırılırmı sualına cavab olaraq mətbuat katibi bildirib ki, onların qarşıdan gələn hadisələrlə bağlı kənarda ünsiyyət qurmaq imkanı olacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Paşinyan iki günlük işgüzar səfərlə Sankt-Peterburqa səfər edib. Bu səfər çərçivəsində Ermınistan lideri Aİİ sammitində və MDB dövlət başçılarının görüşündə iştirak edəcək.

Qeyd edək ki, bu gün Aİİ sammiti keçiriləcək. Tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Qasım-Jomart Tokayev və Belarusiya Aleksandr Lukaşenko da iştirak edəcək. Dekabrın 26-da MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşü baş tutacaq.

Poliqon.info