Təhlükə qayıdır: ABŞ-da yeni COVID-19 variantına yoluxma halları artır

ABŞ-da iki həftə ərzində koronavirusun yeni - JN.1 variantının rast gəlmə tezliyi iki dəfə artıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.

Nəşrin məlumatına görə, amerikalıların peyvənd sahəsində fəallığının azalması fonunda xəstəlik hallarının 44%-dən çoxunda JN.1 ştammı müəyyən edilib. Qeyd edilir ki, JN.1 "Omikron" ştammının yarımnövüdür.

"Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri "Delta" dalğası zamanı gördüyümüz "partlayıcı" sürətdə deyil, lakin biz böyük artım görürük", deyə Ohayo Dövlət Universitetinin Vexner Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə dosenti Karlos Malvestutto bildirib.

O əlavə edib ki, ABŞ-da yenilənmiş COVID-19 peyvəndlərinin istehsalı yavaşlayıb. CVS və "Walgreens Boots" da daxil olmaqla, ABŞ-ın böyük aptek şəbəkələri tələbatı artırmağa çalışır.

Poliqon.info