AP deputatı: Onlar daha çox fəhlə sinfi uşaqlarını ətçəkən maşına atmaq istəyirlər

Avropa Parlamentinin İrlandiyadan olan üzvü Mik Uolles Estoniyanın daxili işlər naziri Lauri Laenemetsin səfərbərliyə məruz qalan kişilərin Ukraynaya köçürülməsi ilə bağlı bəyanatını kəskin tənqid edib...

Poliqon xəbər verir ki, deputat bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O bildirib ki, Avropa İttifaqı siyasətçiləri Ukraynada növbəti münaqişənin qızışdırılmasına görə cavab verməlidirlər.

"Biz bu insanların Estoniyada harada yaşadığını bilirik. Yəni onlar Ukraynada axmaq, qalib gəlməz NATO-ABŞ müharibəsini qızışdırmaqla daha çox fəhlə sinfi uşaqlarını ətçəkən maşına atmaq istəyirlər? Bu müharibəni dəstəkləyən avropalı siyasətçilər cavab verməlidirlər", deyə deputat yazıb.​Qeyd edək ki, bir müddətə əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov Almaniyada yaşayan və hərbi xidmətə yararlı olan bütün kişilərin Silahlı Qüvvələrin sıralarına qoşulmalı olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın xaricdə yaşayan hərbi xidmətə çağırılan vətəndaşlarından çağırış məntəqələrinə gəlmələri xahiş olunacaq.

Hazırda Ali Rada ölkənin müdafiə idarələri ilə birlikdə kişilərin xaricdəən səfərbər edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzərində işləyir.

Almaniya hökuməti artıq ukraynalıları orduda xidmətə qayıtmağa məcbur etməyəcəklərini açıqlayıb. Sonradan məlum olub ki, Estoniya çağırışçı qaçqınları Ukraynaya təhvil verməyə hazırdır.​Poliqon.info