FIFA Braziliyanı turnirlərdən uzaqlaşdırılmaqla hədələyib

Beynəlxalq Futbol Federasiyası (FIFA) Braziliyanı yerli Futbol Konfederasiyasında (CBF) yeni prezident seçkilərinə müdaxilə edəcəyi təqdirdə, milli komanda və klubları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırmaqla hədələyib...

Poliqon xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Agentlik FIFA-nın Ednaldo Rodrigesi prezident olaraq əvəz etmək üçün təşkilatın sürətli seçkilər keçirəcəyi təqdirdə CBF-nin qurumdakı iştirakının dayandırıla biləcəyini söylədiyi bir məktub əldə edib.

Ednaldo Rodriges dekabrın 7-də vəzifəsindən uzaqlaşdırılıb. Rio-de-Janeyro məhkəməsi bu qərarı 2022-ci il seçkiləri zamanı yol verilən qanun pozuntuları ilə bağlı verib. Braziliyanın iki ali məhkəməsi keçən həftə qərarı qüvvədə saxlayıb.

Rio-de-Janeyro məhkəməsi həmçinin Braziliyanın ən yüksək idman məhkəməsinin rəhbəri Xose Perdizi Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsini icra edən və 30 iş günü ərzində yeni prezident seçkilərinin təşkili ilə məşğul olan şəxs təyin edib. FIFA-ya görə, bu cür müdaxilələr əsassızdır.

Poliqon.info