Bakı məktəblərində 505 mindən çox şagird təhsil alır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur...

Bu barədə Poliqon-a İdarədən məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.

Poliqon.info