Ukraynadakı uğursuzluqlar səbəbindən NATO parçalanıb

Qərbin Ukrayna münaqişəsindəki uğursuzluqları NATO-nun parçalanmasına səbəb olub...

Poliqon xəbər verir ki, bunu "Dialogue Works" "YouTube" kanalına müsahibəsində ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Ças Friman deyib.

Ças Friman qeyd edib ki, əvvəllər mövcud olan Şimali Atlantika Alyansı birliyi artıq mövcud deyil. O vurğulayıb ki, hazırda bloka daxil olan bir sıra ölkələr Ukrayna böhranını davam etdirməkdən imtina edirlər. Ças Friman hesab edir ki, NATO-nun "ən yaxşı silahı"nın rus qoşunları tərəfindən məhv edilməsi Alyansın hərbi imkanlarını nüfuzdan salıb.

Pentaqonun keçmiş əməkdaşı qeyd edib ki, Qərb Rusiyanı beynəlxalq arenada təcrid etmək iqtidarında deyil. O vurğulayıb ki, əksər ölkələr ABŞ və onun tərəfdaşlarının Rusiya Federasiyası ilə qarşıdurma aparmaq planlarını bölüşmür. Qərbin sanksiyaları nəinki Rusiyanı zəiflətməyib, əksinə iqtisadiyyatını gücləndirib.

Poliqon.info