Netanyahu: Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsiri yoxdur...

Benyamin Netanyahu ABŞ-ın İsrailin hərbi əməliyyatlarına təsiri barədə xəbərləri şərh edib...

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsirinin olmadığını deyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Xüsusilə də İsrailin Baş naziri Vaşinqtonun Təl-Əvivi hərbi fəaliyyətini genişləndirməməyə inandırması barədə xəbərləri təkzib edib. Netanyahu İsrailin suveren dövlət olduğunu vurğulayıb.

“Müharibədə qərarlarımız əməliyyat mülahizələrimizə əsaslanır və mən bu barədə təfərrüata varmayacağam”, deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, dekabrın 24-də Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, HƏMAS hərəkatını məhv etməyin və girovları azad etməyin yeganə yoludur.

Poliqon.info