Qazaxda Vətən müharibəsi iştirakçısı son mənzilə izdihamla yola salınıb - Fotolar

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün izdihamla son mənzilə yola salınıb...

Mediaxeberleri.Az xəbər verir ki, bu haqda ictimai fəal Elnur Quliyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Belə ki, 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

Qeyd edək ki, F. Kərimli “Füzulunun azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Foto:

##galery##

Poliqon.info