Sumqayıta qazın verilişi tam bərpa olunub - Yenilənib

Sumqayıtda qazın verilişində yaranan fasilə aradan qaldırılıb.

Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Qaz İstismar İdarəsindən bildirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl Ceyranbatan ərazisində tırtıllı traktorun qaz xəttini zədələməsi nəticəsində 38 min abonentin qazı kəsilmişdi.

***

"Report"un yerli bürosu məlumat verir ki, Ceyranbatan ərazisində tırtıllı traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb.

Sumqayıt Qaz İstismar idarəsindən bildirilib ki, problem bir neçə saat ərzində həll olunacaq.

Poliqon.info