Azərbaycan cüdoçuları bu il qazanılan medallarla dünya üzrə yeddinci yeri tutublar
Böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.
Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız altı ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.
Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.
İlk 10-luq aşağıdakı kimidir:
1. Fransa - 132 qızıl / 129 gümüş / 222 bürünc
2. Braziliya - 123 / 94 / 159
3. İtaliya - 78 / 82 / 131
4. Yaponiya - 74 / 36 / 39
5. Qazaxıstan - 71 / 86 / 167
6. Almaniya - 67 / 67 / 123
7. Azərbaycan - 64 / 47 / 96
8. Özbəkistan - 63 / 60 / 110
9. Kanada - 63 / 52 / 83
10. Cənubi Koreya - 62 / 46 / 76
Qeyd edək ki, sıralama qızıl medalların sayına əsasən müəyyən edilib. (oxu.az)
Poliqon.info