ABŞ və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Ukrayna müdafiə naziri Rüstəm Umerov amerikalı həmkarı Lloyd Ostinlə telefonda danışıb...

APA xəbər verir ki, Umerov bu barədə “X” platformasında yazıb.

Ukraynalı nazirin sözlərinə görə, Pentaqon rəhbəri ilə məhsuldar telefon danışığı baş tutub.

Umerov qeyd edib ki, təhlükəsizlik sahəsində baş verən son hadisələr, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə strukturunun yenilənməsi və ölkəsinin Müdafiəsi üzrə Təmas Qrupu - “Ramşteyn formatı”nın imkanları müzakirə edilib. Bununla yanaşı, tərəflər “Ramşteyn formatı”nın növbəti görüşlərinin planlaşdırılmasını müzakirə ediblər.

Poliqon.info