İsrail ilk 1 ayda Qəzzaya yüzlərlə 907 kq-lıq bombalar atıb

İsrail müharibənin ilk ayı ərzində Qəzzaya yüzlərlə 2 000 funtluq (907 kq) bomba atıb...

APA xəbər verir ki, bu barədə CNN “Synthetaic” kəşfiyyat şirkətinə istinadən məlumat yayıb. Bildirilib ki, bu bombaların bir çoxu təxminən 300 metr məsafədə insanları öldürmək və ya yaralamaq imkanına malikdir.

Məlumata görə, peyk fotoşəkilləri vasitəsilə müharibənin ilk günlərinə aid 12 metrdən çox dərinliyi olan 500 zərbə kraterini aşkarlamaq olub. Vurğulanıb ki, bu bombalar ABŞ-ın İŞİD-ə qarşı müharibəsi zamanı İraqda, Mosulda istifadə etdiyi ən böyük bombalardan 4 dəfə böyükdür.

CNN-in məlumatında bildirilib ki, ekspertlər əhalinin sıx məskunlaşdığı Qəzzada bu cür güclü bombalardan istifadənin insan tələfatını ifrat həddə çatdıra biləcəyindən narahatdırlar.

Poliqon.info