Ərdoğan 50 əyalətə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq kampaniyasına başlayır...

Poliqon "A Haber" telekanalına istinadən xəbər verir ki, dövlət başçısı kampaniya çərçivəsində yanvarın 1-dən ölkənin iri şəhər və əyalətlərində mitinqlər proqramına start verəcəkş.

"Kampaniya çərçivəsində prezident Ərdoğanın mitinqləri üçün proqramlar hazırlanıb. Yanvarın 1-dən etibarən dövlət başçısı səfərlərdə vətəndaşlarla görüşməsi planlaşdırılır. Ərdoğan seçkilərdən əvvəl 30-u böyük şəhər olmaqla, ümumilikdə 50 əyalətə səfər edəcək", deyə telekanal qeyd edib.

Türkiyədə bələdiyyə seçkiləri ölkənin Ali Seçki Şurası tərəfindən 2024-cü il martın 31-nə təyin edilib. Seçki orqanı seçki təqvimini yanvar ayında açıqlayacaq.

Poliqon.info