Şahramanyanın Qarabağdakı separatçı qurumun mövcudluğuna xitam verən fərmanı ləğv edilib?

Ermənistan mətbuatı Şahramanyanın Qarabağdakı separatçı qurumun mövcudluğuna xitam verilməsi haqqında fərmanını ləğv edən sənədin mövcudluğundan yazıb...

Qarabağdakı separatçı qurumun “prezidenti” Samvel Şahramanyanın sentyabrın 28-də imzaladığı fərmanı ləğv edən sənəd var.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Joqhovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, separatçı qurumun rəhbərliyi nədənsə həmin sənədi dərc etməkdən yayınır. Nəşr xatırladıb ki, Şahramanyanın özü oktyabrın 20-də “heç bir sənəd xalqın yaratdığı dövləti ləğv edə bilməz” deyərək, imzaladığı fərmanın heç bir hüquqi qüvvəyə malik olmadığını açıqlayıb.

Qarabağdakı separatçı qurumun “Prezidentinin aparatı”ndan “Armenia Today” nəşrinə bildiriblər ki, Şahramamyan oktyabrın 20-də Artsax sakinləri ilə görüş zamanı da daxil olmaqla, 28 sentyabr fərmanı ilə bağlı məsələni dəfələrlə müzakirə edib.

“Ümummilli referendum nəticəsində yaradılmış dövlət fərmanla ləğv edilə bilməz”, deyə Qarabağdakı separatçı qurumun “Prezidentinin aparatı”ndan vurğulayıb.

Poliqon.info