Qəzzadakı münaqişəyə yanaşma ilə bağlı Ağ Evdə fikir ayrılıqları yaranıb

ABŞ prezidenti Co Baydenin administrasiyasında Vaşinqtonun Yaxın Şərqdəki siyasəti və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı ciddi fikir ayrılıqları var...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti hökumət rəsmisi Coş Pole istinadən yazı.=b.

"Bayden administrasiyasında elə insanlar var ki, etdiyimiz işin mənəvi fəlakət olduğunu düşünür. Bu qədər günahsız mülki insanın ölümünə töhfə verməməli olduğumuzu düşünür. Onların fikrincə, bu, Bayden administrasiyasının vəzifəyə gəldiyi zaman dəstəklədiyi dəyərlərə birbaşa ziddir", deyə Coş Pole bildirib.

Onun sözlərinə görə, digər rəsmilər bu yanaşmanın ölkənin Yaxın Şərqdəki münasibətlərinə və nüfuzuna böyük ziyan vurmasından narahatdırlar.

Nəşr qeyd edir ki, Dövlət Departamentinin və digər departamentlərin əməkdaşlarından ibarət qruplar da Baydenin İsraillə bağlı siyasəti ilə razılaşmadıqlarını bildiriblər.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, İsrail ABŞ-la təmasda olarkən Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmaq zərurəti barədə razılığa gəlib, lakin bunun nə vaxt baş verəcəyi bəlli deyil.

Poliqon.info