ABŞ Rusiyaya yeni məhbus mübadiləsi təklifi edəcək

ABŞ Rusiyaya məhbus mübadiləsi ilə bağlı yeni təklif irəli sürmək imkanlarını araşdırır...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

Con Kirbi hazırda bu məsələdə heç bir irəliləyiş elan edə bilməyəcəyini vurğulayıb. O qeyd edib ki, Amerika tərəfi Moskvaya ciddi təklif irəli sürüb, lakin rədd edilib.

Con Kirbi əlavə edib ki, Vaşinqton Rusiyadan Pol Uilan və Evan Qerşkoviçin geri qaytarılmasında daha uğurlu ola biləcək başqa bir təkliflə çıxış etmək üçün çox çalışır.

Qeyd edək ki, bundan əvvəl 2020-ci ildə Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilan ABŞ-ın ondan imtina etdiyini bildirmişdi. Uilanın sözlərinə görə, Vaşinqton bir neçə mübadilə imkanını əldən verib və bununla da ona xəyanət edib.

Daha sonra isə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Rusiya ilə casusluğa görə həbs edilən Pol Uilan və jurnalist Evan Qerşkoviçin geri qaytarılması ilə bağlı fəal danışıqlar apardığını bildirmişdi.

Poliqon.info