Fələstin səfiri münaqişənin genişlənə biləcəyi ilə barədə xəbərdarlıq edib

Fələstin və İsrail arasında münaqişə Yaxın Şərqin digər ölkələrinə də yayıla bilər, bu istisna deyil...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə müsahibəsində Fələstinin Avstriyadakı səfiri Salah Abdel Şafi deyib.

Onun sözlərinə görə, hazırda Livanla sərhəddə İsraillə yarımhərbiləşdirilmiş "Hizbullah" təşkilatı arasında çox gərgin vəziyyət hökm sürür, indiyədək münaqişə bu çərçivədən kənara çıxmayıb, lakin daha da gərginliyin onun genişlənməsinə gətirib çıxaracağına zəmanət yoxdur.

Diplomat Yəmən husilərinin Qırmızı dənizdə Amerika və İsrail gəmilərinə hücumlarına da münasibət bildirib. Salah Abdel Şəfinin fikrincə, Fələstin-İsrail münaqişəsinin Yaxın Şərqdə yanğını alovlandırmaq potensialına malik olduğunu göstərir.

"Və bununla bağlı mənim cavabım belədir: bəli, Qəzzada atəşkəs mümkün qədər tez əldə olunmasa, bunu istisna etmək olmaz", deyə səfir bildirib.

Salah Abdel Şafi həmçinin bildirib ki, Fələstin Fələstin-İsrail münaqişəsinə vasitəçi qismində obyektiv baxmağa hazır olan ölkələri alqışlayır.

Poliqon.info