Rusiyanın ABŞ aktivlərini müsadirə etməsi təklif edilib

Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet cavab olaraq ABŞ-ın aktivlərinin müsadirə edilməsinə imkan verəcək qanunvericilik proseduruna başlamağa çağırıb...

Poliqon bu barədə "RİA Novosti" Agentliyinə istinadən xəbər verir.

Bir gün əvvəl "The New York Times" amerikalı və avropalı rəsmilər arasında olan mənbələrə istinadla yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası partnyorları ilə bloklanmış Rusiya aktivlərinin Ukraynaya hərbi dəstək üçün ümumi məbləği 300 milyard dollardan çox istifadə edilməsinə dair təcili danışıqlara başlayıb. Lakin daha sonra Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Rusiya aktivlərindən istifadə imkanlarından danışmağı tez hesab edir.

"Bayden administrasiyası və onun əlaltıları unutmamalıdırlar ki, hər bir cinayət əməlinə görə cavab və cəza olacaq", deyə Mixail Şeremet bildirib.

Qanunverici Rusiyanın "qanuni əmlakının oğurlanması" ilə bağlı əks tədbirlər görməyə məcbur olduğunu vurğulayıb.

"Mən qabaqlayıcı tədbir kimi ABŞ-ın oxşar hərəkətləri olacağı təqdirdə Rusiyadakı Amerika aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarın tezliklə qəbul edilməsinə imkan verəcək qanunvericilik prosedurunun işə salınmasını təklif edirəm", deyə parlamentari bildirib.

O, həmçinin Rusiya Federasiyasının dövlət əmlakına sahib olmaq istəyən hər kəsin avtomatik olaraq cinayətkar kimi tanınmasına və beynəlxalq axtarışa verilməsinə çağırıb.

Poliqon.info