HƏMAS Qəzzada atəşkəs əldə olunana qədər İsraillə saziş bağlamaq niyyətində deyil 

Fələstinin HƏMAS radikal hərəkatı İsraillə iki həftədən bir aya qədər humanitar atəşkəsin bağlanması ilə bağlı məlumatları təkzib edib.

“Təcavüz dayanmayınca heç bir razılaşma olmayacaq”, - deyə hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk öz bəyanatında bildirib.

“Hərəkat sionist mediasından ondan sonra qətlləri davam etdirmək məqsədilə iki həftədən bir aya qədər olan humanitar atəşkəs haqqında məlumatları rədd etdi”, - deyə Mərzuk əlavə edib. (oxu.az)

Poliqon.info