Putin Amerikanı “axmaqlıq etməməyə” çağırıb

Rusiya prezidenti Vladimir Putin Strateji və Milli Layihələr Şurasında çıxışı zamanı Avropa, ABŞ və Kanadanı axmaqlıq etməməyə və Rusiyanın dağılmasını gözləməməyə çağırıb...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Avropa və Amerika tərəfdaşları ilə iqtisadi əməkdaşlığa açıq olduqlarını vurğulayıb.

“Qeyd etmək istərdim ki, biz özümüzü Amerika qitəsinə, Şimali Amerikaya, ABŞ və Kanadaya bağlamamışıq, Avropa ölkələri ilə əməkaşlığa açığıq. Ümumiyyətlə, onlar bizim dağılmağımızı gözləmək kimi xəyallarla özlərini aldatmasınlar. Əgər onlar Rusiya ilə əməkdaşlıqdan faydalanmaq istəyirlərsə, bunu etməlidirlər. Biz onları özümüzdən kənara itələmirik. Bu, onların işi və onların qərarıdır”, deyə Vladimir Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Qərb ölkələrinin liderləri nəyi rəhbər tutduqları barədə düşünməlidirlər.

“Onlar Rusiyanın məhv edilməsi kimi xülyaların arxasınca getməməli və öz xalqlarının maraqlarından çıxış etməlidirlər. Müasir şəraitdə dünyada münasibətlərin inkişafı çoxqütblü dünyanın demokratik təməlidir”, deyə Putin qeyd edib.

Poliqon.info