Lavrov: Böhranları aradan qaldırmaq üçün Fələstin dövləti yaradılmalıdır

Böhranların təkrarlanma ehtimalını istisna etmək üçün Fələstin dövlətinin yaradılması məsələsini birdəfəlik həll etmək lazımdır...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Qərb ölkələri Fələstin dövlətinin yaradılması naminə cəhd etməyə “çox da hazır deyil”. Nazir qeyd edib ki, bunda həqiqətən maraqlı olan ölkələr Rusiya, Tunis və ümumilikdə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləridir.

Rusiya diplomatiyasının rəhbəri xatırladıb ki, bu, Birləşmiş Ştatların “atəşkəs və humanitar yardım göstərilməsi ilə bağlı hazırda Təhlükəsizlik Şurasında müzakirə olunan sadə qətnaməni belə əngəlləməsi” ilk dəfə deyil.

“Onlar Fələstin dövlətinin yaradılması mövzusunu Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunmuş prinsiplərdən kənara çıxan prinsiplər əsasında bir-birinin ardınca konfrans çağırmaq üçün müxtəlif şübhəli təşəbbüslərlə batırmağa çalışırlar”, deyə Lavrov fikrini əsaslandırıb.

Poliqon.info