HƏMAS tam atəşkəsə qədər İsraillə danışıqlardan imtina etdiyini açıqlayıb

HƏMAS: Qəzzada tam atəşkəs əldə olunmayana qədər İsraillə heç bir danışıqlar aparılmayacaq...

Poliqon xəbər verir ki, danışıqlardan imtina Fələstinin radikal HƏMAS hərəkatının Fələstin qüvvələri adından yazdığı rəsmi bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunur ki, danışıqlar prosesinin başlanmasının şərti Qəzza zolağında tam atəşkəsdir.

“İsrailin] təcavüzünə tam son qoyulana qədər məhbuslar və ya mübadilələrlə bağlı heç bir danışıqların aparılmayacağına dair milli qərar var”, deyə bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl İsrail HƏMAS-a hərbi əməliyyatları bir həftə dayandırmağı təklif etdiyi məlum olub.

Poliqon.info