Çinin kosmik təyyarəsi ABŞ üzərində naməlum siqnallar ötürməyə başlayır

Ötən həftə orbitə çıxan Çin kosmik təyyarəsi ABŞ üzərində naməlum radio siqnalları yayımlamağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Honq-Konqun "South China Morning Post" qəzeti kanadalı tədqiqatçı Skott Tilliyə istinadən yazıb.

Kanadalı tədqiqatçı bildirib ki, o, 2280 MHz tezliyində kosmik təyyarədən çıxan siqnalları qeydə alıb. Tillinin sözlərinə görə, bu, ABŞ-ın qərb sahilində bu siqnalları qəbul edən gizli stansiyanın mövcudluğundan xəbər verə bilər.

Tədqiqatçı həmçinin qeyd edib ki, kosmik təyyarə buraxıldıqdan sonra orbitdə 6 yeni obyekt peyda olub ki, onlardan ikisi peyk ola bilər, çünki onlar həm də radio siqnalları ötürür. Daha üç raket daşıyıcısının və onun yuxarı pilləsinin qalıqları ola bilər.

Çin kosmos təyyarəsi dekabrın 14-də Ciuquan peyk buraxılış mərkəzindən CZ-2F daşıyıcı raketindən istifadə edərək havaya qalxıb. "Sinxua" agentliyi qeyd edib ki, qurğu texnologiyaların sınaqdan keçirilməsi və elmi tədqiqatlar üçün nəzərdə tutulub. Honq-Konq nəşri bildirir ki, kosmik təyyarə Amerikanın oxşar hərbi təyinatlı təyyarəsi X-37B-nin analoqu ola bilər.

Poliqon.info