Ukrayna NATO ilə birgə silah istehsalına başlayıb

Artıq Ukrayna ilə NATO arasında birgə silah istehsalına başlanılıb.

Poliqon UNİAN nəşrinə istrinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov məlumat verib.

O qeyd edib ki, istehsal proseslərinin genişləndirilməsi və təkmilləşdirilməsi üçün hələ də görüləcək işlər var. Onu sözlərinə görə, Ukrayna istehsalı olan silahlar artıq NATO standartlarına cavab verir.

Aleksey Danilov qeyd edib ki, Ukraynada baş verən proseslər Qərb ölkələrini təəccübləndirir. İndi dünya hərbi sənayesi ilə müqayisədə ən yüksək səviyyədə Ukrayna məhsulları var.

Keçən həftə Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Şimali Atlantika Alyansının Rusiya Federasiyasına Ukrayna ərazisindən zərbə endirmək planı hazırladığını bildirib. Onun sözlərinə görə, Vaşinqton Londondakı və bəzi digər Avropa paytaxtlarında olan dostları ilə ittifaqda Rusiyanı məhv etmək imkanının olduğunu qərara alıb.

Poliqon.info