Politoloq: İndiki şəraitdə Ermənistan Rusiyadan imtina etməyəcək...

Ermənistanın son zamanlar müşahidə olunan Moskvaya yönəlik reveranslarının səbəbləri...

İlqar Vəlizadə: “Ermənistanın Moskvaya yönəlik reveranslarında Qərb faktorunun olduğuna inanmıram”.

“Digər tərəfdən demək lazımdır ki, Ermənistan hələ də kritik səviyyədə Rusiyadan asılıdır”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın Moskvaya yönəlik reveranslarının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya ilə münasibətləri kəskin dəyişən Ermənistanın son zamanlar müşahidə olunan Moskvaya yönəlik reveranslarında Qərb faktorunun rolu varmı?

Rusiya və Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Rusiya həm ixrac bazarı, həm də enerji təchizatçı kimi Ermənistan üçün fövqəladə rol oynayır”.

Ermənistan Rusiyadan imtina etməyəcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, bu reveranslar da bununla bağlıdır:

“Ermənistanın Moskvaya yönəlik reveranslarında Qərb faktorunun olduğuna inanmıram. Bu faktorda Ermənistanın öz maraqları daha çox ifadə olunub. Ermənistanın maraqları ondan ibarətdir ki, İrəvanda son illərin iqtisadi sıçrayışı Rusiya amili ilə bağlıdır. Rusiya və Ermənistan arasında ticarət artır.

Eyni zamanda Rusiya əleyhinə sanksiyalardan yan keçməsi prosesi burada əsas rol oynayır. Buna görə də, Ermənistan maraqlıdır ki, həmin bu tendensiya davam etsin. Bunu da Rusiya ilə münasibətlər sıx olanda etmək olar.

Digər tərəfdən demək lazımdır ki, Ermənistan hələ də kritik səviyyədə Rusiyadan asılıdır. Rusiya həm ixrac bazarı, həm də enerji təchizatçı kimi Ermənistan üçün fövqəladə rol oynayır. Buna görə də, indiki şəraitdə Ermənistan Rusiyadan imtina etməyəcək. Bu reveranslar da bununla bağlıdır”.

Nərminə UMUDLU Poliqon.info