Kamran Əliyev: 825 prokurorluq işçisi BDU-nun hüquq fakültəsinin məzunudur

Baş prokuror “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda çıxış edib...

Əvvəllər Azərbaycanda hüquqşunas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. İndi isə bir neçə universitetdə, akademiyada hüquq fakültələri var.

Poliqon xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərindən 66, 3 faizini təşkil edir. Mənim hazırda 3 müavinim bu fakültənin məzunudur.

Rəhbər vəzifələrdə işləyən 266 işçidən 173-ü, yəni 65 faizi BDU-nun hüquq fakültəsində təhsil alıb. 2002-2023-cü illər ərzində prokurorluğa test üsulu ilə imtahanlar həyata keçirilib. 25 müsabiqə üzrə müvəfəqiyyət qazanmış 700 nəfərin 56,3 faizi bu universitetin məzunudur. Hazırda 260 tələbə ictimai köməkçi vəzifəsində fəaliyyət göstərirlər”.

Poliqon.info