Çində zəlzələ nəticəsində ölənlərin sayı 135-ə çatıb

Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135-ə yüksəlib...

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 22 nəfər qonşu Sinxay əyalətində ölüb. Əyalət fövqəladə hallar idarəsi bildirib ki, regionda 12 nəfər itkin düşüb.

Poliqon.info