“Neftçi”nin gənc qapıçısı xəstəxanadan evə buraxılıb

U-15 Liqasının “Ulduz Mingəçevir”lə oyununda zədələnən “Neftçi”nin qapıçısı Nurəziz Əzizovun müalicəsi başa çatıb...

Məlumata görə, qolkiper bu gün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da keçirilən matçın 37-ci dəqiqəsində zədələnən qolkiper dalağın yırtığı diaqnozu ilə əməliyyat olunub.

Poliqon.info