Cevdet Yılmaz Şəhidlər xiyabanını ziyarət edib - Video

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib...

Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

O həmçinin “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Cevdet Yılmaz “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info