Sankt-Peterburqda kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib

Dekabrın 20-dən Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi Yeni il, idman və mədəni tədbirlər zamanı maska ​​rejimi tətbiq olunacaq...

Məlumata görə, müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə baş dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb.

“Mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və idarələrin rəhbərləri kütləvi Yeni il şənlikləri, idman və mədəni-kütləvi tədbirlər təşkil və keçirərkən işçilərin tənəffüs orqanlarının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsini təmin etsin”, - deyə sənəddə bildirilib.

Poliqon.info