Aİ Slovakiyanın Rusiya neftindən məhsul istehsal etməsini icazə verib

Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, ölkə Rusiya neftindən məhsul istehsal edə biləcək...

Poliqon xəbər verir ki, bu barədə Baş nazir Slovakiyanın “InfoVojna” radiosunun efirində bildirib. Fikonun sözlərinə görə, belə bir istisna Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 12-ci paketində nəzərdə tutulub.

“Biz Rusiya neftinin emalı ilə bağlı istisna almışıq. Bilirsiniz ki, Rusiya nefti indi sanksiyalar altındadır, lakin biz ondan Slovakiyada satış üçün məhsul istehsal edə bilərik”, deyə Fiko vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl, dekabrın 19-da Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bəyan etmişdi ki, ölkənin Rusiya neftindən istifadə edə biləcəyi sanksiyalar istisnası 2024-cü ilin sonuna qədər uzadılıb.

Dekabrın 18-də Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Poliqon.info