Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb

Türkiyədə daha bir futbol hakimi döyülüb...

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.

"Kumçatıspor" klubunun oyunçuları "Cizre Diclespor"la qarşılaşmada hakimlərə, ardından isə rəqib futbolçulara hücum ediblər.

Nəticədə köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə "Cizre Diclespor"un avtbobusuna hücum çəkiblər.

Qeyd edək ki, daha əvvəl Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub

Poliqon.info