Putinin seçki qərargahına hərbçi, həkim və aktyor rəhbərlik edə bilər...

Rusiya prezidenti Vladimir Putinin seçki qərargahına hərbçi, həkim və aktyor rəhbərlik edə bilər....

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.

Məlumata görə, Putinin seçki qəragahına qondarma Donetsk Xalq Respublikası (DXR) parlamentinin spikeri, "Sparta" batalyonunun komandiri Artem Coqa, aktyor Vladimir Maşkov və pandemiya zamanı şöhrət qazanmış 52 saylı Moskva şəhər xəstəxanasının baş həkimi Maryana Lısenko rəhbərlik edə bilərr. Onların hər üçü "Vahid Rusiya"dan seçkilərdə iştirak edib və Putinin prezidentliyə namizədliyi üzrə təşəbbüs qrupunun üzvləridir.

"Kommersant"ın prezident administrasiyasına yaxın mənbənin verdiyi məlumata görə, qərargahın həmsədrlərinin tanınmış şəxslər olması və cəmiyyətin müxtəlif qruplarını təmsil etməsi qərara alınıb. Üstəlik, hər üçü birbaşa "Vahid Rusiya" ilə bağlı olan şəxslərdir.

Nəşr ehtimal edilən şəxslərlə əlaqə saxlayaraq, münasibət öyrənə bilməyib.

Qeyd edək ki, 2018-ci il prezident seçkilərində Vladimir Putinin qərargahının həmsədrləri İstedad və Uğur Fondunun rəhbəri Yelena Şmeleva, KamAZ-ın baş direktoru Sergey Koqoqin və Dima Roqaçev adına Tibb Mərkəzinin rəhbəri Aleksandr Rumyantsev (hazırda Dövlət Dumasının deputatıdır) olub.

Poliqon.info